FreeBSD

FreeBSD
Loqonun şəkli
Bazası Berkeley Software Distribution[1]
Buraxılış tarixi 1 noyabr 1993
Son versiya
  • 10.1 (11 noyabr 2014)[2]
Dəstəklənən platformalar x86, x86_64[d], PowerPC[d], ARM[d]
Veb-saytı freebsd.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

FreeBSDUnix-ə bənzər sərbəst əməliyyat sistemi, Berkli Universitetində yaradılmış BSD üzrə AT&T Unix nəslindədir. FreeBSD, Microsoft Xbox, DEC Alpha, Sun UltraSPARC, IA-64, AMD64, PowerPC, NEC PC-98, ARM daxil olmaqla x86 ailəsindən olan PK-larla uyğunlaşan sistemlərdə işləyir.

MIPS arxitekturasının dəstəklənməsi hazırlanmaqdadır. FreeBSD bütov bir əməliyyat sistemi kimi hazırlanmaqdadır. Nüvənin çıxış kodu, qurğuların drayverləri, komanda örtüyü və digər əsas istifadəçi proqramları vahid versiyaların idarə olunması sistemi ağacında yer almışdır (31 may 2008 qədər — CVS, hal-hazırda — SVN). Nüvənin bir qrup tərəfindən, istifadəçi proqramlarının dəstinin (məsələn, GNU layihəsi) isə başqa qrup tərəfindən işlənib hazırlandığı, müxtəlif GNU/Linux distributivlərinin çıxarılması üçün isə saysız hesabsız qrupların bütün bunları toplayaraq vahid hala gətirdiyi GNU/Linux və digər sərbəst UNIX-ə bənzər əməliyyat sistemlərindən FreeBSD məhz bununla seçilir.

FreeBSD son dərəcə etibarlı şəbəkə xidmətləri və efektiv yaddaş idarə olunmasına görə intranet-internet serverlərinin qurulmasında çox geniş istifadə olunur.Öz sabitliyindən başqa FreeBSD öz lisenziyası ilə tanırır. Tanınmış GNU GPL – kodu yalniz sərbəst Program Təminatında deyil, həmdə bağlı Programda istifadə etməyə imkan verir, BSD lisenziyası isə bütün bunları etməyə imkan yaratdığı halda GNU GPL lisenziyasından daha qısa və sadə olması ilə rəğbət qazanmışdır.

  1. The UNIX system family tree: Research and BSD.
  2. http://lists.freebsd.org/pipermail/freebsd-announce/2014-November/001603.html.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search